Akif Tağıyev
Rəhim Cəfərov
Ümid Nağdalıyev
Nicat Oruclu
Sehran Abbasov
İsmayıl Əskərov
Cəfər Abbasov
Elşad Mirzəyev
Orxan Sadıqlı
Sərcan Omarov
Nihat Sarıyev
Miroslav Kloze Mahir Emreli haqqında optimist olmağa çalışır
12.03.2025*

Almaniyanın II Bundesliqasında çıxış edən "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze Mahir Emreliyə derbidə şans vermək istəyir.

Shamkirfc.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" komandasının baş məşqçisi Miroslav Kloze deyib.

46 yaşlı mütəxəssis II Bundesliqanın XXVI turunda "Qroyter Fyurt"a qarşı keçirəcəkləri oyunda azərbaycanlı hücumçuya şans verə biləcəyini söyləyib:

"Uzun söhbətdən sonra Mahirlə birlikdə qərar verdim. Mən həmişə oyunçunun meydanda 100 faiz gücünü qoymasının tərəfdarı olmuşam. "Proyssen"lə (1:0) matç belə qarşılaşma idi. Bu səbəbdən Mahir derbiyə hazırlaşıb. Onun məşqlərdə necə təsir bağışlayacağını görəcəyik. Amma mən optimistəm".

Qeyd edək ki, martın 16-da baş tutacaq "Nürnberq" - "Qroyter Fyurt" matçı Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

FORMA
ShamkirFC.Az kuki faylardan istifadə edir. Resursdan istifadə etməyə davam edərək Siz, Məxfilik siyasəti-nin şərtlərini qəbul edirsiniz.