İsmayıl Əskərov
Cəfər Abbasov
Akif Tağıyev
Rəhim Cəfərov
Orxan Sadıqlı
Ümid Nağdalıyev
Elşad Mirzəyev
Nicat Oruclu
Sərcan Omarov
Sehran Abbasov
Nihat Sarıyev
Şəmkir futbol klubu
Klub 1954-cü ildə Şəmkirdə yaranmışdır. Müxtəlif vaxtlarda 9 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. İki dəfə qızıl, iki dəfə gümüş medal, bir dəfə də bürünc medal qazanmışdır.
Futbol üzrə Azərbaycan Kubokunun finalında 2 dəfə oynamışdır.

Çempionlar Liqasında təsnifat mərhələsini adlayan ilk Azərbaycan klubu olan "Şəmkir" Latviyanın ən titullu klubu olan Skontonu Bakıda 4-1 hesabı ilə məğlubiyyətə uğratmışdı.

2001/2002 mövsümü yarımçıq dayandırılan zaman Şəmkir FK 1-ci pillədə idi və 3-cü çempionluğuna çox yaxınlaşmışdı.
Barri Toun ilə səfər matçı.

İsmayıl Məmmədov 2003-2004 mövsümü çempionu Neftçini məğlub edən yeganə komanda məhz Şəmkir FK olmuşdu (3-1). Həmin il Bakıda keçirilən cavab görüşü isə 2-2 hesablı heç-heçə ilə bitmişdi.

2004-cü ildə keçirilən Azərbaycan kuboku finalında əlavə vaxtda ilk qolu məhz Şəmkir klubu vursa da - hakim İmamxan Sultani qolu qeydə almamışdı. Bütün mətbuat orqanlarında qolun haqsız yerə sayılmaması qeyd olundu. Bu final matçından sonra klubun əksər aparıcı futbolçuları komandadan ayrıldılar.

2004/2005 mövsümünü 11-ci yerdə (18 klub arasında) bitirməsinə baxmayaraq mövsümlərarası fasilədə maliyyə çatışmazlığı ucbatından fəaliyyətini dayandırmışdı.

2009-cu ilin sonlarında Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyevin təşəbbüsü ilə 4 illik fasilədən sonra yenidən bərpa olunmuş və komandanın baş məşqçisi postuna vaxtilə bu klubun şərəfini qorumuş sabiq müdafiəçi Faiq Cabbarov təyin olunmuşdur.

2010/2011 mövsümünün gedişində Anar Kələntərov baş məşqçi təyin olundu və klub I divizionda mövsümün sonunda 9-cu pillədə qərarlaşdı.

Uğurları

Azərbaycan çempionatı:

Qızıl medal (2) - 1999/2000, 2000/2001

Gümüş medal (2) - 1998/1999, 2003/2004

Bürünc medal (1) - 1997/1998

Azərbaycan Kuboku:

Finalçı (2) - 1998/1999, 2003/2004

Avropa kuboklarında iştirakı:

4 dəfə Avropa kuboklarında iştirak etmişdir. Azərbaycanı 2 dəfə UEFA Kubokunda və 2 dəfə də UEFA Çempionlar Liqasında təmsil etmişdir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində

2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 92,5 xal ilə Azərbaycan klubları arasında 10-cu, dünyada isə 790-cı pillədə başa vurmuşdur.
FORMA
ShamkirFC.Az kuki faylardan istifadə edir. Resursdan istifadə etməyə davam edərək Siz, Məxfilik siyasəti-nin şərtlərini qəbul edirsiniz.